Tolik efirdə əsəbləşdi: "Haram xoşunuz olsun..."
Tarix: 22-01-2020, 12:27




Məşhur teleaparıcı, prodüser Tarix Əliyev aparıcısı olduğu "Hər şey daxil" verilişində kredit verən banklara sərt reaksiya göstərib.

BiG.AZ xəbər verir ki, veriliş zamanı tamaşaçı efirə zəng vurub iyirmi ildi qızının övladı olmadığını və kömək istədiyini bildirib. O , bildirib ki, qızının mualicəsi üçün kredit götürüblər. Tolik bu söhbətdən sonra kredit veren banklara sərt rekasiya göstərib:

"Kredit verən banklara bilmirəm nə deyim. İnsanlara kredit verirsiz faizin yeyirsiz əgər halal qazanırsızsa halal xoşunuz amma haram qazanırsızsa haram xoşunuz olsun. Bu insanlara kredit verəndə axı niyə açıb tarixçəsinə baxmırsız. Elə adam var ki, bu dədiqə üç banka krediti var. Sonra ödəyə bilmirlər yapışırsız boğazlarına ki, ödəməlisən. Adam da gedir ya intihar edir, ya da özün yandırır. Əsas da region bankları pul verəndə bir baxın həmin insan onu ödəyə biləcək durumdadır, yoxsa yox".

Paylaş: