“Hərdən kişi doğulduğumu hiss edirəm, özümə deyirəm, yavaş...” - Aktrisadan şok sözlər
Tarix: 21-01-2020, 17:53



"Kişi olmaq daha çətindir. Hərdən kişi doğulduğumu hiss edirəm. Özümə deyirəm, Kəmalə, yavaş, yerişinə, duruşuna nəzarət et, sən qadınsan”. 
Yenisabah.az xəbər verir ki, bu sözləri Əməkdar artist Kəmalə Müzəffər "Ağ və qara" verilişində deyib. Aktrisa  qadınların kişilərdən aşağı olduğunu deyib:
"Qadın olmaq kişi olmaqdan çətin deyil. Kişi olmaq daha çətindir. Elə bir sahəni göstərin ki, orada ancaq qadın öndədir. Aşpazlıqdan tutmuş bütün sahələrdə kişilər öndədir. "Qadın böyük qüvvədir", "Cənnət anaların ayağı altındadır", "Əsas qadındır" - yox. Əsas kişilərdir. Kişi birinci yaradılıb. Yaradıcılıqdan tutmuş, beyinə qədər hər şeydə kişi öndədir. 
Bunu demək mənim üçün şərəfvericidir. Başımızı qoymağa çiyin, dəstək, kölgəsində dincəlməyə kişi axtaranda yaxşıdır? "Kişilər bizdən öndədir" deyəndə pis? Kişiləri sevmək lazımdır. Onları nə qədər çox sevsək, əzizləsək, sığallasaq, o qədər ipə-sapa yatacaqlar. Gənc xanımlar var ki, kişi bir deyəndə, iki cavab verir. Onu sevəndə yaxşı olur, bir balaca səsini qaldıranda pisdir? Bir kişinin qulluğunda dayanmağın, onun sevdiyi yeməyi bişirməyin, onun üçün hər şey etməyin nəyi pisdir?".
Həmin görüntüləri təqdim edirik:

https://ok.ru/video/1548713331306​​​

Paylaş: