"Onları "qara siyahı"ya atıram" - Renka
Tarix: 2-10-2017, 09:25


“Rahat adamam, ətrafımda ancaq məni başa düşən insanlar var. Özümlə tək qalmağı sevirəm, hər şeydən tez yoruluram”.
 
Bu sözləri UlduzumSan.Az-a açıqlamasında tanınmış rəqqasə Renka deyib. 
 
Rəqqasə Renka sosial şəbəkələrdə mənfi rəy yazan istifadəçilərə münasibətini bildirib. O deyib ki, çox az hallarda ona tənqidi şərhlər yazılır:

"Belə olan halda onları silirəm, "qara siyahı"ya atıram. Sosial şəbəkədəki hesabım mənim balaca dünyamdır. Orada təhqir görmək istəmirəm. Əgər mənə bu cür şərhlər yazılsa, İnstaqram səhifəmi bağlayaram. Baxmayaraq ki, orada məni izləyən 228 min insan var, bundan heç heyfslənmərəm".

Paylaş: