Xalq artisti Həsənağa Salayevin anım günüdür
Tarix: 2-10-2017, 09:17


Romantik və realist personajları, mürəkkəb psixoloji dramatik obrazları məharətla yaratmış Xalq artisti Həsənağa Salayevin doğum günüdür.
UlduzumSan.Az-ın məlumatına görə, Həsənağa Dərya oğlu Salayev 1921-ci ildə Bakıda qulluqçu ailəsində doğulub. Atası Dərya kişi oğlu yeddi yaşına çatanda onu Bakıdakı 6-cı Şura məktəbinə qoyub. Həsənağa 1937-ci ildə oranın doqquzuncu sinfini yüksək qiymətlərlə bitirib. Elə həmin il Bakı Teatr Texnikumuna daxil olub. Tələbə ikən Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib. 1941-ci ildə müharibəyə gedib və doğma teatra 1946-cı ildə qayıdıb.
H.Salayev qısa müddətdə teatrın repertuarında yer tutan və tamaşaya yeni hazırlanan əsərlərdə maraqlı rollar oynayıb. Müxtəlif illərdə Səməd Vurğunun "Xanlar" (Mamulya), "Fərhad və Şirin" (Fərhad), "Vaqif" (Eldar, Qacar və Vaqif), Zeynal Xəlilin "Qatır Məmməd" (Əziz), Ənvər Məmmədxanlının "Şərqin səhəri" (Mustafa), Vilyam Şekspirin "Otello" (Montano), "Antoni və Kleopatra" (Sezar) və onlarla digər tamaşalarda xarakterik səhnə surətləri yaradıb. Aktyor, eyni zamanda, "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Fətəli xan", "Görüş", "O olmasın, bu olsun", "Onu bağışlamaq olarını?", "Koroğlu", "İstintaq davam edir" bədii və "Aygün" televiziya filmlərində Süleyman, Musa, Əzim Əzimzadə, Qüdrət, Eyvaz, Mayor Rüstəmov, Əmirxan rollarına çəkilib.
Həsənağa Salayev aktyorluq sənətində qazandığı uğurlara görə Əməkdar artist, 1974-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
İstedadlı sənətkar 1981-ci ildə 54 yaşında dünyasını dəyişib.

Paylaş: