“Hər gün ağlasalar...” - Tolik Zaurun ağladığı görüntünü paylaşdı, reaksiya gecikmədi
Tarix: 16-01-2020, 11:04




Tanınmış teleaparıcı Tarix Əliyev (Tolik) həmkarı – ATV telekanalının aparıcısı Zaur Baxşəliyevlə bağlı paylaşım edib.
“Yeni Sabah” xəbər verir ki, İnstaqram səhifəsindən Z.Baxşəliyevin efirdə ağladığı videonu yayan Tolik görüntülərdən çox təsirləndiyini bildirib:
“Çox pis oldum, vallah. Aparıcıları qınamayın onların bütün mövzularda ürəkləri ağrayır, amma hər gün ağlasalar, verilişləri ağlamaqla keçər.Amma onlar da daş deyil. Siz çox şeyləri bilmirsiniz. İnanın, Zaur mənə dəfələrlə zəng edib, deyib ki, filan ailəyə kömək edirəm, amma adımı demə. Özü də maddi tərəfdən edib, heç reklam da etməyib!”  
T.Əliyevin bu paylaşımına Zaurdan da reaksiya gecikməyib. Aparıcı rəydə ona təşəkkürünü bildirib.
Qeyd edək ki, iki kanal arasında bəzən gərgin rəqabətin şahidi oluruq. Hətta bəzən kanalın aparıcıları bir-birlərinə atmacaları ilə gündəmə gəlirlər.

Paylaş: