Xoşqədəm Nərmindən yazıb hər kəsi kövrəltdi
Tarix: 16-01-2020, 10:39


“Xəzər” televiziyasının aparıcısı Xoşqədəm Hidayətqızı 10 yaşlı Nərmindən yazıb.
UlduzumSan.Az xəbər verir ki, aparıcı Nərmini unuda bilmədiyini bildirib.
“Ah mənim Nərminim. Gözəl balam, səni düşündükcə ürəyim qan ağlayır. Mənim mələyim, unutmağa çalışıram, amma bacarmıram”.
Aparıcının paylaşımına yazan izləyicilər kövrəldiklərini qeyd edib və balaca qız üçün Allahdan rəhmət diləyiblər.
Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva ötən il noyabrın 21-də itkin düşüb, onun meyiti yanvarın 6-da yandırılmış halda tapılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.
O, müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
BAKU.WS

Paylaş: