"Başımız çox qarışıqdır"
Tarix: 16-01-2020, 09:01



Əməkdar artist Aybəniz Haşımova müğənni qızı Aynişanın fevral ayında baş tutacaq toyundan danışıb. UlduzumSan.Az bildirir ki, açıqlama verən Aybəniz xanım bu sözləri deyib: "Fevral ayının 1-də qızım Aynişan Kənanla ailə həyatı quracaq. Buna görə də başımız çox qarışıqdır.
Onu da deyim ki, qızımın xoş gününə ailə üzvlərimlə yanaşı sənət dostlarımı da dəvət etmişəm. Onlar Aynişanın ailə qurmasına görə çox sevinirlər. Allah hər kəsin balasını xoşbəxt etsin.
El şənliyinə qədər görünüşümdə də dəyişiklik edəcəm. Belə ki, hazırda pəhrizdəyəm. Artıq çəkilərdən xilas olmağa çalışıram".

Paylaş: