"Kim onu necə tanıyır-tanısın, mənim üçün ölümə də gedər"
Tarix: 14-01-2020, 12:41



Heç kimin mənim qədər dostu ola bilməz. Amma şou-biznesdə çox azdır. Birinci Nüşabə Ələsgərli, ikinci Vasif Məhərrəmli, daha sonra Ədalət Şükürov, Nadir Qafarzadə, İzzət Bağırov, Nazpəri Dostəliyevadır. Onlara çox güvənirəm.
Oxu.Az xəbər verir ki, bunu ARB TV-də yayımlanan “Kim var, kim yox” şousunda qonaq olan məşhur müğənni Manaf Ağayev deyib.
Sənətçi şou əhli arasında güvəndiyi dostlarından söz açıb:
“Deyərəm, evindən çıx, çıxar. Yəni belə güvənirəm, bəlkə də, yanılıram. Amma bir neçə dəfə sınaqlardan keçiblər. Mətanət Əsədova mənə ürəyini də verər. Kim onu necə tanıyır-tanısın, mənim üçün ölümə də gedər. Çox yaxşı qızıdır”.



Paylaş: