"Aras mənim bacaracağıma inandırdı" - "Çukur"a çəkilən azərbaycanlı aktyor
Tarix: 14-01-2020, 12:30




"Aras Bulut İynemlinin köməkliyi ilə filmin çəkliş qrupu ilə tanış olub , çəklişlərə başladım".
Unikal.org xəbər verir ki, bunu big.az-a açıqlamasında "Çukur" serialının Fərhadı, azərbaycanlı aktyor Nihat Ələskərov deyib:
"Bizim Aras Bulut İylemli ilə tanışlığımız var idi. Bir neçə dəfə tanış kimi görüşdükdən sonra bu tanışlıq dostluğa çevrildi. O, filmlərə çəkilməyimi dəfələrlə məsləhət görüb. Deyirdi ki, yaraşıqlısan və gözlərinin rəngi yaşıldır. Filmlərdə çəkilmək üçün kriteriyaların uyğun gəlir. Lakin mən o zaman bacarmayacağımdan qorxurdum. Aras mənim bacaracağıma inandırdı. Onun köməkliyi ilə filmin çəkliş qrupu ilə tanış olub , çəklişlərə başladım. 8 ay təhsil aldım və bu işin mütəxəssislərindən aktyorluq sənətinin incəliklərinə qədər öyrəndim. Təhsil aldığım müddətdə mən həm də türk dilini mükəmməl səviyyədə mənimsədim. Mənim türk dilində bu qədər yaxşı danışmağım oradakıları bir qədər heyran da qoyub. Hazırda film çəklişləri ilə bərabər universtetdə incəsənət üzrə təhsil də alıram. Mən həm də "Çarpışma" serialının 4 seriyasında obraz canlandırdım. Həmin serialda Kvanç Tatlıtuğ ilə olan davamız və mənim onu döyməyim böyük marağa səbəb oldu. Ərəb saytlarında manşet oldum. Bundan əlavə Azərbaycanda da televiziya proqramlarına dəvət aldım".

Paylaş: