Yusif Eyvazov erməni soprano ilə eyni səhnəyə çıxmaqdan imtina edib
Tarix: 14-01-2020, 09:17




Azərbaycanın Xalq artisti, tenor Yusif Eyvazov erməni soprano Ruzan Mantaşyanla eyni səhnəyə çıxmaqdan imtina edib.
“Report” xəbər verir ki, bu barədə Forumopera.com saytı məlumat yayıb.
Bildirilib ki, Y. Eyvazov fevralın 7-də erməni sənətçi Ruzan Mantaşyanla Drezden Opera Ballında birlikdə səhnəyə çıxmalı idi. Lakin, həmyerlimiz erməni əsilli soprano ilə eyni səhnəyə çıxmaq istəməyib:
“Tədbir fevralın 7-də baş tutacaqdı. Amma erməni müğənni orada iştirak etməyəcək. Tenor qazandı və sopranonun tərk edilməsi istənilib”- məqalə müəllifi Loran Byuri yazıb. 

Paylaş: