"Tıq-tıq xanıma görə böyük savaşda oldum"- Flora Kərimova
Tarix: 13-01-2020, 13:03




Xalq artisti Flora Kərimova Arb tvdə yayımlanan "Ona qalsa" verilişində qonaq olub.

BiG.AZ xəbər verir ki, aparıcı Nazilə Səfərli xalq artistinə məşhur Tıq-tıq xanım mahnısın onun ifa etməsi barədə sual ünvanlayıb. Flora Kərimova bildirib ki, mahnını o ifa edib lakin bununla bağlı çox problemlər yaşayıb:

"Tıq-tıq xanımı mən ifa etmişəm. Əlimdən almaq istəyirdilər. Amma buna görə böyük savaşda oldum. Hələ heç bir mahnım üçün dava etməmişəm amma buna görə mübarizə aparıb sübut etdim ki, səs mənimdir. Mən rus dilliyəm və o ifada da bu hiss olunur. Yəni nə qədər yalan danışıb mən olasan ki, bunu oxşada biləsən".

Paylaş: