Elariz əslində Amerikada bu işlə məşğuldur
Tarix: 13-01-2020, 10:23




Amerikaya köçən müğənni Elariz Məmmədoğlu oradakı fəaliyyətindən söz açıb. Lent.az -ın məlumatına görə, ifaçı “Ən yaxşısı” verilişində bildirib ki, Amerikada bizneslə məşğuldur:
“Burada Türk restoranı açmışam. Burada kabablar və dönər satılır. Dönərin bir dənəsi 6 dollardı. Bu məkana gələn qonaqları ifalarımla da feyzyab edirəm. Bizim restoranımızda yalnız halal ət verilir. Çünki əti müsəlmanlardan alırıq. Bu bizneslə yanaşı sənətimi də davam etdirirəm”.



Paylaş: