Şakira uşaqlarının atasına ərə getməməyinin səbəblərini açıqladı
Tarix: 13-01-2020, 10:18



Məşhur kolumbiyalı müğənni Şakira “Barselona”nın futbolçusu Jerar Pikeyə nə üçün ərə getmək istəmədiyinin səbəblərini açıqlayıb.
“60 Minutes” verilişinə müsahibəsində o bildirib ki, “arvad” statusundan çox qorxur.
“Mən istəmirəm ki, o mənə arvadı gözü ilə baxsın. Qoy məndə öz rəfiqəsini, sevgilisini görsün. Mən onu barmaqlarımın ucunda saxlamaq istəyirəm. O başa düşməlidir ki, hər bir şey onun hərəkətlərindən asılıdır”, - deyə müğənni etiraf edib.
42 yaşlı Şakira və 32 yaşlı Pike 10 ildir ki bir yerdə yaşayırlar. Cütlüyün iki uşağı var – altı yaşlı Milana və dörd yaşlı Saşa.

Paylaş: