Seyran İsmayılxanovun "Sevgililər günü" hədiyyəsi
Tarix: 13-01-2020, 08:46



Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov konsertə hazırlaşır.
UlduzumSan.Az xəbər verir ki, ifaçı “Sevgililər günü”ndə  "Əslən uşaqlıqdan - Azərbaycandan" adlı konsert proqramı ilə çıxış edəcək.  14 fevral tarixində  Almaniyanın Köln şəhərində baş tutacaq gecədə  Seyran  ən çox sevilən azərbaycan mahnıları oxuyacaq.
 
Qeyd edək ki,  Seyran İsmayılxanov 2005-ci ildən etibarən Almaniyanın Köln şəhərində yaşayır və işləyir. Müğənni Tacikistan, Qazaxıstan, Monteneqro, Makedoniya, Yunanıstan və digər ölkələrdə keçirilən bir çox beynəlxalq müsabiqə, festival və konsertlərdə iştirak edib. Hazırda o, Almaniyanın dünyaca nüfuzlu "The Voice" ("Səs") layihəsinin iştirakçısıdır.

Paylaş: