Ağır qəza keçirdiyi deyilən müğənni efirdə: "Ağlamışam, gecə yatmamışam"
Tarix: 11-01-2020, 11:16




Dəhşətli qəzaya düşdüyü iddia edilən müğənni Vüqar Muradov “Elgizlə izlə” verilişində qonaq olub. Lent.az -ın məlumatına görə, ifaçı bildirib ki, mətbuatda dərc edilən xəbərlər həqiqəti əks etdirmir:
“Qaxda ailəmizlə birgə istirahət edirdik. Atam, qardaşımla birgə bir yerə getmişdik. Həmin vaxt dostum votsapıma şəkil göndərdi ki, Vüqar, bu nə şəkildi? Baxdım, gördüm ki, eyni ad, soyad və özüməm. Şoka düşdüm. Hətta bank hesabı açılıb, insanlardan kömək istəyirlər. Elə bildim ki, kimsə mənə qarşı qurğu qurub. Həmin anda hesabı bağlatdırmaq barədə düşündüm. Amma gördüm ki, o hesab nömrəsinin altında nömrə yazılıb. O nömrəylə əlaqə saxlayandan sonra əmin oldum ki, o şəkildəki adam eyni mənim adımda, soyadımdadır. Ancaq ata adı başqadır. Eyni də mənə bənzəyir. Dünən bütün günü ağlamışam, yata bilməmişəm. Həm sevincdən, həm kədərdən. Çünki bu qədər diqqət, digər tərəfdən də yaşamaq uğurunda mübarizə aparan bir insan gördüm. Diqqətə görə hər kəsə təşəkkür edirəm, amma mənə heç nə olmayıb”.

Qeyd edək ki, bir neçə gün öncə mətbuatda V.Muradovun ağır avtomobil qəzası keçirdiyi xəbəri yayılmışdı.



Paylaş: