Aydan nişanlanmağından danışdı: "Sevgi yox idi"
Tarix: 10-01-2020, 11:21



Məşhur müğənni Aydan İbrahimli "Hər şey daxil" verilişində qonaq olub.

BiG.AZ xəbər verir ki, müğənni verilişdə nişanlanmasından danışıb:

"Mən nişanlananda bəziləri tərəfindən çox tez olduğu qınağı ilə üzləşdim. Müğənnilərdən də məni qınayan oldu. Amma ürəkdən təbrik edənlər də az olmadı. İl yarımdı bir-birimizi tanıyırıq, ailəvi dostluğumuz var. Amma sevgi yox idi, sonradan yarandı. Artıq Zülfinin bəzi qadağaları da var. Mahnılarıma, geyimimə qarışır".

Daha sonra aparıcı Tarix Əliyev müğənninin nişanlanmasına öz münasibətini bildirib:
"Qınayanlar düz deyir, hələ ki, tez idi. Zümrüd kimi baldızın olacaq, bilirsən necə qızdı o...Çox bilmişdi, ona görə də ikinci dəfə ailə qura bilmir".

Xatırladaq ki, müğənni Aydan aparıcı Zümrüd Bədəlovanın qardaşı bəstəkar Zülfi Bədəlovla nişanlanıb.

Paylaş: