Zülfiyyə 17 il əvvəl çəkdirdiyi klipdən görüntüləri yaydı
Tarix: 10-01-2020, 10:58




Xalq artisti Zülfiyyə Xanbabayeva 17 il əvvəl çəkilmiş məşhur “Qəlbinə yol” adlı klipinin kadrarxası görüntülərini paylaşıb.
Open.az xəbər verir ki, müğənni kliplə bağlı xatirələrini bölüşüb:
“17 il əvvəl, o vaxtkı Abşeron mehmanxanası... Çəkilişdən sonra xəstələnən onlarla yaradıcı insan və heç xəstələnməyən mən. Deyirik, gülürük, mübahisə edirik və ölkədə kinolentə çəkilən ilk klipi yaradırıq. Bu – ciddi klipin pərdəarxası unudulmaz anlarla yadda qalıb”.


Paylaş: