Şeron Stoun Putini təriflədi, Trampı tənqid etdi
Tarix: 10-01-2020, 10:46




Məşhur aktrisa Şeron Stoun Rusiya Prezidenti Vladimir Putin və ABŞ lideri Donald Trampa olan münasibətindən danışıb.
Azvision.az xəbər verir ki, amerikalı aktrisa “GQ” jurnalına müsahibəsində Putini güclü lider adlandırıb, Trampı isə tənqid edib.

"Mən hesab edirəm ki, Putin öz ölkəsinin güclü lideridir", deyən aktrisa Putin və Trampın çox fərqli olduqlarını söyləyib.

Stoun, həmçinin qeyd edib ki, Putin ən vacib maraqları rəhbər tutaraq ölkəsini idarə edir, Tramp isə öz vəzifəsinə hörmət etməyən lovğadır.

Eyni zamanda, aktrisa Amerika liderinin bu il keçiriləcək prezident seçkilərində yenidən qələbə qazanacağına şübhə etdiyini bildirib.

Paylaş: