Tələb: "Xoşqədəmin, Zaurun, Elgizin verilişləri bağlanmalıdır"
Tarix: 10-01-2020, 10:40




“Düşünürəm ki, efirlərdən cəmiyyət hadisələrinin araşdırılmasını əks etdirən verlişlər birbaşa olaraq bağlanmalıdır! Xüsusən də Xoşqədəm Hidayətqızının, Zaur Bəxşəliyevin, Amil Xəlilin, Elgiz Əkbərin aparıcısı olduğu “Səni axtarıram”, “BizimləSən” “Gəl dərdini danış”, “Elgizlə izlə” verilişləri”.
KONKRET.az bildirir ki, bunu AYB üzvü, Prezident təqaüdçüsü, şair Emil Rasimoğlu deyib.
O bildirib ki, biz suveren ölkədə yaşayırıq və bu kimi məsələlərlə məşğul olan güc nazirliklərimiz, bu məsələlərə dair aidiyatı orqanlarımız var: “Aidiyyatı orqanlar qalıb bir kənara, telekanalların qapısı olub məhkəmə, polis qapısı. Üç-beş hüquqşünası, eksperti başına yığıb jurnalistlər efirlərdə hakimlik, müstəntiqlik edir!”.

Paylaş: