Vüqar Muradov qəza xəbərindən danışdı: "Şokdayam"
Tarix: 9-01-2020, 17:18




"Bir neçə saat öncə mediada haqqımda qəza xəbəri yayılıb. Ad, soyad eyni olsa da, həmin şəxs mən deyiləm".

Bu sözləri BiG.AZ-a açıqlamasında tanınmış müğənni Vüqar Muradov bildirib. Müğənni sözügedən şəxsin yaxınları ilə danışdığını açıqlayıb:

"Mən oxşayır düzdür, hazırda Maştağada xəstəxanada yatıram. Həmin şəxs Muradov Vüqar Fərhad oğludur, mən isə Murad oğluyam. Sözügedən oğlan ağır xəsarət keçirib və ona pul toplanılır. Özüm şokdayam. Oğlanla danışdım dostu ilə, deyir istəsəniz lap yeni şəkillərini göndərək. Yəni, biz sizin adınızdan istifadə etməmişik".

Paylaş: