"Azərbaycanda yox idi, xaricə verdin qızını?"
Tarix: 9-01-2020, 15:17




"Azərbaycanda yox idi, xaricə verdin qızı?"

Open.az xəbər verir ki, bu sualla Zaur Kamal bu yaxınlarda qızını nişanlayan əməkdar artist Nüşabə Ələsgərliyə müraciət edib.
Xanım sənətçi ilk dəfə kürəkəni ilə bağlı danışıb: "Oğlum, qızım kimi istəsəydi, sevsəydi, mən ona etiraz etməyəcəkdim. Bunlar da Belçikada yaşayan türklərdir. Belçikada bizim ailəvi dostlarımız var, biz ailəvi onlara qonaq gedəndə oğlan görmüşdü. Dəfələrlə gəldi, amma baxma da qərib ölkədir, nə qədər olsa da adam arxayın olmalıdır".
Əməkdar artist "başlıq parası" da almadıqlarını sözlərinə əlavə edib.

Qeyd edək ki, ifaçının qızı Nigar Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində çalışır. Onun ailə quracağı Gino isə aşpazdır. Yerli saytlarda Ginonun italiyalı olduğu qeyd edilmişdi.

Paylaş: