Nüşabə Ələsgərlinin qızının toy tarixi bəlli oldu
Tarix: 9-01-2020, 12:41



Əməkdar artist Nüşabə Ələsgərli verilişlərin birində qonaq olub. UlduzumSan.Az-ın məlumatına görə, o, bir müddət öncə nişanlanan qızı Nigardan bəhs edib: "Bildiyiniz kimi, qızım Nigarın nişan mərasimi baş tutdu. Nigarın toyu yay mövsümündə olacaq. Buna səbəb oğlumun xarici ölkədə təhsil almasıdır. Oğlum Bakıya yayda gələcək".

Ələsgərli aparıcının "Oğlunuz evləndikdən sonra birgə yaşayacaqsınız?" sualına belə cavab verib: "Əlbəttə bir evdə qalacağıq. Gəlin də mənim qızımdır. Gəlinlə yola gedə bilərəm. Çünki kaprizli insan deyiləm. Ən mənfi xasiyyətim səbirsiz olmağımdır".

Nəzərinizə çatdıraq ki, N.Ələsgərlinin qızı Türkiyə vətəndaşı Gino adlı şəxslə ailə qurmağa hazırlaşır.

Qeyd edək ki, ifaçının qızı Nigar Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində çalışır. Onun ailə quracağı Gino isə aşpazdır.

Paylaş: