Könül Kərimova: "Həmin müğənnini qəbul eləmirdilər"
Tarix: 29-09-2017, 17:51


“Həyatda yalnız tənbəlliyimdən narazıyam”. Bu sözləri Lent.az-a açıqlamasında müğənni Könül Kərimova bildirib. O bildirib ki, tənbəl olmasaydı, çox uğur qazanardı: “Bu günə qədər sənətimdə nə qazanmamışamsa, bu, mənim özümün günahı olub. Hər şey tənbəlliyimə görə olub. Bəzən deyirlər ki, filankəsin nə səsi var ki? Amma o xariqələr yaradıb, sən yox. Kim nə etməyibsə, bu, onun öz günahıdır. İnsan hər zaman səhvi özündə axtarmalıdır".
 
K.Kərimova bildirib ki, əvvəlki illərə nisbətən indi müğənni olmaq daha asandır: “O vaxtlar sənətin önəmi daha çox idi. Amma indi çox heyf ki, sənət ən axırda gəlir. Hazırda adi qalmaqalla da gündəmə gəlmək olur. Əvvəllər müğənni bir səhvi edən zaman tam arxa plana keçirdi. Həmin müğənnini heç qəbul eləmirdilər. Xalqın sevgisini itirəndə onu bərpa etmək çətin olurdu. Amma indi anti-reklam ən böyük reklam olub. Ona görə də bu gün tanınmaq çox asanlaşıb. Adi bayağı mahnıyla da gündəmə gəlmək olar. Bu günkü gün müğənni üçün sənət ən axırda dayanıb”. 

Paylaş: