Tahir İmanov Murad Dadaşovu təbrik etmədi
Tarix: 8-01-2020, 15:32



Məlum olduğu kimi, ötən gün tanınmış şoumen Murad Dadaşov “Xəzər” Televiziyasının yeni rəhbəri təyin olunub.
KONKRET.az bu təyinata münasibət öyrənmək üçün onun həmkarı, “Bakılı oğlanlar” KVN Teatrının rəhbəri Tahir İmanovla əlaqə saxlayıb. Bu məsələ ilə bağlı heç bir suala cavab verməyəcəyini deyən T.İmanov konkret olaraq bunları bildirib: “Yalnız özümlə və sənətimlə bağlı suallarınızı cavablandıra bilərəm”.
Təəccüb doğuran odur ki, Tahir İmanov həmkarını bircə cümlə ilə də olsa, təbrik etmək belə istəməyib.

Paylaş: