Murat Boz şorba içib, 900 min manat qazanacaq
Tarix: 8-01-2020, 13:00




Türkiyənin tanınmış müğənnisi Murat Boz reklam filmi qarşılığında sərvət qazanacaq.
Open.az Hurriyet.com-a istinadən xəbər verir ki, müğənni şorba firmalarının birinin reklam filmində oynayacaq.
Murat reklam qarışılığında üç milyon TL (855 min manat) qazanacaq. Reklam müqaviləsinin bu həftə imzalanacağı bildirilib.
Reklam filminin ssenarisi yumor və süprizlərlə dolu olacaq. Hələlik firmanın adı açıqlanmayıb.
Qeyd edək ki, bu, Murat Bozun üçüncü reklam filmi olacaq.

Paylaş: