Mətanət İsgəndərli: "Bacımın istedadı olmasaydı efirə çıxmağına icazə verməzdim"
Tarix: 8-01-2020, 11:52



Əməkdar artist Mətanət İsgəndərli bacısı Sədaqətlə " Hər şey daxil" verilişində qonaq olublar.

BiG.AZ xəbər verir ki, aparıcı Tarix Əliyev əməkdar artistə bacısının istedadı olmasa onu efirə çıxmağa icazə verərdimi deyə sual ünvanlayıb.

Mətanət İsgəndərli bildirib ki, bacısının istedadı olmasaydı onu efirə çıxmağa icazə verməzdi:
"Məni həmişə gənc müğənnilərin istedadın görəndə ağlamaq tutur. Biz də gənc olanda bizə dəstək olanlar olub. İndi də bizim borcumuzdur ki, istedadlı insanlara dəstək olaq. Bilirəm ki, bacımın səsi, istedadı var ona görə də ona dəstəyəm. Uşaq olanda hamı bilirdi bizim gözəl səsimiz var ona görə kim bizi qonaq çağırırdısa ikimizi də bir yerdə çağırırdı ki, oxuyaq onlar üçün. Sonra ikimiz də tez ailə qurduq bir müddət uzaqlaşdıq sənətdən".

Paylaş: