Xalq artisti Ağakişi Kazımovun vəziyyəti stabil-ağırdır
Tarix: 7-01-2020, 18:17




"Təəssüf ki, Ağakişi müəllimin vəziyyətində yaxşılığa doğru heç bir dəyişiklik yoxdur. Hələ də reanimasiyadadır və müalicəsi davam edir".
Bu fikirləri Open.az-a özəl açıqlamasında Xalq artisti, teatr rejissoru, professor Ağakişi Kazımovun həyat yoldaşı, Əməkdar artist Mehriban Abdullayeva deyib. Mehriban Abdullayeva Ağakişi Kazımovun huşunun özündə olduğunu, amma beyin qan dövranının kəskin pozulduğuna görə, vəziyyətinin stabil ağır olaraq qaldığını da vurğulayıb.
Xatırladaq ki, hazırda Əjdər Məlikov adına 6 saylı Birləşmiş şəhər xəstəxanasının reanimasiya şöbəsində müalicəsi davam edən Xalq artisti Ağakişi Kazımov insult keçirib.
Qeyd edək ki, ötən gün Azərbaycan Teatr Xadimləri İttifaqının katibi, Xalq artisti Rafiq Əliyev, Akademik Milli Dram Teatrının truppa müdiri Elnur Məmmədov və Gənc Tamaşaçılar Teatrının aktyoru, Əməkdar artist İlham Əsədov Ağakişi Kazımovu xəstəxanada ziyarət ediblər.

Paylaş: