"Kurtlar Vadisi" yeni adla ekranlara qayıdır — Necati Şaşmazdan AÇIQLAMA
Tarix: 29-09-2017, 16:48


"Kurtlar Vadisi Vatan" filminin təqdimat mərasimi keçirilib.


"Ölkə.Az" xəbər verir ki, mərasimdə sualları cavablandıran Necati Şaşmaz "Kurtlar Vadisi" serialının ekranlara qayıdacağını bildirib. Amma serialın adı bundan sonra "Kurtlar Vadisi Xaos" olacaq.
Necati Şaşmaz Berlində baş tutan tədbirdə deyib: "Kurtlar Vadisi serialı geri qayıdacaq. Amma adını dəyişdirirəm. Yeni serial "Kurtlar Vadisi Xaos" adlanacaq. Serialda yaxın dövrdə cənubda baş verən böhranlar, ölkədəki problemlər və bizi nələrin gözlədiyi, ətrafımızdakı coğrafiyada nələrin baş verəcəyini anlatacağıq".


Paylaş: