Yenicə nişanlanan Rüstəm işsizlikdən şikayətləndi: "Deyirlər çox yaraşıqlısan"
Tarix: 7-01-2020, 11:07



Tanınmış model Rüstəm Cəbrayılov sosial şəbəkədə maraqlı paylaşım edib.

BiG.AZ xəbər verir ki, model sahəsinə uyğun iş tapa bilməməsindən şikayətlənib:
"Türkiyədə bir çox tarixi film və reklamlarda rolda model və model görünüşlü insanlardan istifadə edirlər. Bizdə, Azərbaycanda talant və bacarıq da var, amma deyirlər, bu çox yaraşıqlıdır, çox yaxşı görünür. Artıq 4-cü işdir ki, bu halla rastlaşıram. Talanta və işə qiymət verənlərində çəkilişə büdcəsi yoxdur. Qocaldıq getdik".

Xatırladaq ki, model bir neçə gün öncə sevdiyi xanımla nişanlanıb.

Paylaş: