Kemal Sunalın oğlu YENİ SEVGİLİSİ İLƏ
Tarix: 29-09-2017, 16:26



Məşhur memar Eren Talu ilə 2010-cu ildə boşanan aktrisa Dəfnə Samyeli iddiaya görə məşhur komediya ustası Kamal Sunalın oğlu Əli Sunalla sevgilidir.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Dəfnə Samyeli ilə Əli Sunal 1 ay əvvəl gizli-gizli görüşməyə başlayıb.
İddialara görə aktrisa dünən 40 yaşı tamam olan Əli Sunal üçün restoranda sürpriz doğum günü ziyafəti təşkil edib. Dəfnə Samyeli aktyorun doğum günündə çəkilən şəkillərim instaqramda paylaşıb. O, paylaşdığı fotoya "Yaxşı ki, anadan olmusan. Neçə belə gözəl illərə. Həyatın pijamalar kimi rahat olsun" təbrikini qeyd edib.
İddialara görə, Əli Sunal 2 uşaq anası olan Dəfnə Samyelinin qəlbini qazanmaq üçün çoxlu romantik jestlər edib.




Paylaş: