"Həmin evdə ailəmiz bütöv idi"
Tarix: 30-12-2019, 12:27



Məşhur müğənni Üzeyir Mehdizadə ATVdə yayımlanan "Şou atv" verilişində qonaq olub.

BiG.AZ xəbər verir ki, veriliş zamanı müğənninin uşaqlığı haqqında süjet efirə gedib. Süjetdən sonra aparıcı Nanə Ağamalıyeva Üzeyirə "səni uşaqlığına nə götürür"? deyə sual ünvanlayıb.

Sualdan nitqi tutulan müğənni bir müddət susub və kövrəlib:

"Məni uşaqlığıma köhnə evimiz götürür. Hardasa 11-12 yaşıma qədər o evdə yaşamışıq. Həmin evdə ailəmiz bütöv idi, hamımız xoşbəxt idik. Hər səhər stəkanda çayı qarışdıran qaşığın səsinə oyanırdıq. Hamı səhər yeməyi süfrəsinin ətrafında otururdu. Bütün xoşbəxtliklər o evdə varidi. İndi arada fikirləşirəm ki, imkanım olsa o evi yenidən alardım. Amma evdə müəyyən dəyişikliklər ediblər deyə xoşuma gəlmir".

Xatırladaq ki, müğənni anasını itirib və kövrəlməyinə səbəb də o olub.

Paylaş: