Məhkəmə ADO teatrının BŞİH-yə qarşı qaldırdığı iddianı təmin edib
Tarix: 30-12-2019, 11:40




Bakı İnzibati-İqtisadi Məhkəməsində ADO teatrının Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) qarşı qaldırdığı məhkəmə iddiası üzrə məhkəmə prosesi başa çatıb.
 APA-nın xəbərinə görə, bu barədə ADO teatrın rəhbəri Elmin Bədəlov özünün “Facebook” səhifəsində məlumat yayıb.
O bildirib ki, teatrın iddiası məhkəmə tərəfindən təmin edilib.
Qeyd edib ki, ADO (Azərbaycan Dağınıq Oda teatrı) 2 ildən çoxdur, küçə performansları nümayiş etdirmək üçün Mədəniyyət Nazirliyinə və Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi müraciətlər edir. Lakin hər iki qurum bunun onların səlahiyyətinə aid olmadığını vurğulayır, nazirlik bu məsələyə meriyanın, meriya isə bu məsələyə nazirliyin baxdığını bildirir.

Paylaş: