“Mənə elə gəlir ki, bu ödül onun bütün insanlara münasibətini xarakterizə edir...”
Tarix: 28-12-2019, 10:16




Xəbər verdiyimiz kimi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti Rafael Dadaşovun müalicə xərclərini öz üzərinə götürüb.

R.Dadaşov artıq səhhətində irəliləyişlərin olduğunu bildirərək Mehriban xanıma öz minnətdarlığını bildirib.

Moderator.az-a açaqlamasında Xalq artisti Ramiz Novruz Mehriban xanım Əliyevanı bu addımlarına görə qızıl ürəkli insan adlandırıb:

“Ümumiyyətlə, fikirləşirəm ki, son illər mədəniyyət xadimlərin böyük diqqət var. Bunun özü faktdır ki, ölkənin birinci xanımı bizlərə diqqət yetirir. Təbii ki, bu, biz aktyorlara qol-qanad verir. Əvvəllər məndə belə bir hiss var idi ki, bu sənət bizə lazım deyil, amma indi görürəm ki, səhv etmişəm. Mən sizə onu deyim ki, Mehriban xanımın çox adları var, amma mənim ürəyimcə olan bir adı var ki, o da qızıl ürək ödülüdür. Mənə elə gəlir ki, bu ödül elə onun bütün insanlara münasibətini xarakterizə edir. Ona görə də mən onu qızıl ürəkli bir insan adlandırıram. Bizi ancaq belə şeylər sevindirir və Rafael müəllimin də yastığı yüngül olsun. Bir sözlə, biz sənət adamlarına hər bir şərait yaradıblar, mükafatlar, təqaüdlər verirlər və bunun özü də bizlərə köməkdir”.


Paylaş: