ARB Elgiz Əkbərin verilişi tərk etməsinə aydınlıq gətirdi: “Efirdə olmayacaq”
Tarix: 29-09-2017, 11:56


Telekanal Elgiz Əkbərin bir müddət efirdə olmayacağını açılayıb.
Kanalın mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Elgiz Əkbər bir müddət efirdə olmayacaq:
“Elgiz Əkgər verilişdən uzaqlaşdırılmayıb. Sadəcə müəyyən müddət "Səhər-səhər" Elgiz bəy olmayacaq. Bu səbəbdən də proqramın aparıcılığı Rövşanə xanıma həvalə edilib”.
Kanaldan onu da əlavə ediblər ki, bir müddətdən sonra Elgiz Əkbər yenidən efirə qayıdacaq.
Qeyd edək ki, ARB telekanalında “Səhər-səhər” verilişində qalmaqal yaşanıb. Nəticədə verilişin aparıcısı Elgiz Əkbər studiyanı tərk edib.

Paylaş: