Əməkdar artist övladlığa götürdüyü qızından danışdı: "Anası dedi ki, sən onu məndən daha yaxşı yaşadacaqsan"
Tarix: 27-12-2019, 11:50




Əməkdar artist Nigar Şabanova ARB tv-də yayımlanan "Ona qalsa" verilişində qonaq olub.

BiG.AZ xəbər verir ki, verilişdə aparıcı Nazilə Səfərli müğənniyə “övladının bioloji valideynlərini tanıyırsınızmı” sualını ünvanlayıb.

Nigar bildirib ki, qızının bioloji valideynləri qohumlarıdır:

"Qızımın adı Nəfisədir. Adını doğma anası qoyub. Mən də sonradan uşağın adını dəyişmədim. Mən uşağı götürməmişdən əvvəl çox fikirləşdim ki, necə olacaq. Amma dostlar və qohumlarımın dörd ay israrından sonra qərar verdim. Həm də uşağın öz anası təklif etdi mənə. Dedi qızıma anamın adın qoymuşam, sən onu məndən daha yaxşı yaşadacaqsan".

Paylaş: