Azərbaycanlı məşhur kamera qarşısında kobra bişirib yedi
Tarix: 27-12-2019, 10:41




Bir neçə gün  öncə Çinə yollanan tanınmış idmançı Kamil Zeynallı bu dəfə kobra əti yeyib. 
“Yeni Sabah” xəbər verir ki, şəhəri gəzən idmançı sözügedən ölkənin qeyri-adi yeməklərinin də dadına baxıb.
O, kamera qarşısına əyləşərək ilan əti bişirib. Onun kobra olduğunu bildirən məşhur idmançı çəkilən görüntülərini də sosial şəbəkədə paylaşıb. Onun  paylaşımı izləyicilər tərəfindən tənqid edilib, görüntülər iyrənc adlandırılıb.
Xatırladaq ki, K.Zeynallı bundan əvvəl tısbağa  ətindən hazırlanan yeməyi  yeyərək videosunu izləyicilərlə bölüşmüşdü.

https://video.yenisabah.az/embed.php?vid=8e69c2ab7​​​

Paylaş: