“Çox bərbad görünürsünüz”
Tarix: 27-12-2019, 09:48




Müğənni Günay İbrahimli plastik əməliyyatlardan söz açıb.
Sənətçi xarici görünüşündə dəyişiklik edən bəzi həmkarlarının əməliyyatını uğursuz hesab etdiyini “Mtv Azərbaycan” kanalına müsahibəsi zamanı dilə gətirib:
“Ümumiyyətlə əməliyyatlara pis baxmıram. Amma qədərində. Son zamanlar hamı biri-birinə oxşayır. Çox bərbad görünür. Efir vasitəsilə deyirəm ki, elə bilməyin yaxşı görünürsünüz, çox bərbad görünürsüz. Əməliyyat etdirdikdə təbii edin”.
(Axşam.az)

Paylaş: