Məşhur musiqiçi vəfat etdi
Tarix: 26-12-2019, 13:07




Dünyaca məşhur musiqiçi Alle Uillis vəfat edib.
 
Primetime.az xəbər verir ki, Los-Ancelesdə dünyasını dəyişən 72 yaşlı sənətçinin infarkt keçirdiyi bildirilib. Məşhur serial olan "Friends" başda olmaqla bir çox serial və film üçün musiqi bəstələyən Uillis fərqli illərdə "Grammy", "Tory" və "Emmy" mükafatlarına namizəd göstərilib və iki dəfə "Grammy" mükafatı  sahibi olub.
 
Onun ölümü heyranlarını olduqca kədərləndirib. 

Paylaş: