Zeynəb Xanlarova ilə bağlı DSK-dan açıqlama
Tarix: 26-12-2019, 12:25




Xalq artisti Zeynəb Xanlarovanın növbədənkənar parlament seçkilərinə qatılıb-qatılmaması müəmma olaraq qalır. 
Xalq artistinin seçkilərə 50 saylı Abşeron-Qobustan seçki dairəsindən qatılacağı bildirilsə də, nə özü, nə də yaxın çevrəsinə daxil olan şəxslər bu barədə fikir bildirib.
50 saylı Abşeron-Qobustan seçki dairəsindən isə Yenisabah.az-a bildirilib ki, Zeynəb Xanlarovanın sənədləri dairəyə daxil olmayıb. “Belə bir şey yoxdur. Mətbuatdı da yazır, onlar çox şey yazırlar”, - Dairə Seçki Komissiyasından (DSK) bildirilib.
Zeynəb Xanlarova 1995-ci ildən deputatdır. O, həm də Azərbaycan SSR Ali Sovetin XI və XII çağırış deputatı olub.

Paylaş: