Müğənninin keçmiş həyat yoldaşına 1 milyon BORC YAZILDI
Tarix: 29-09-2017, 11:33


Müğənni Emre Altunun kemiş həyat yoldaşı Çağla Şikel 1 milyon TL (təxminən 500 min manat) ziyana düşüb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, model keçmiş mühasibi tərəfindən aldadıldığını iddia edib. Çağlanın sözlərinə görə, o, aldadıldığını vergi cəzası gəldikdən sonra öyrənib.
Vergini müntəzəm ödəməsinə baxmayaraq, ona 1 milyon lirəyə yaxın borc yazılıb. Məlum olub ki, modelin mühasibi xaricə qaçıb. Polisə müraicət edən Çağla Şikel vəkilinə də vəziyyətlə bağlı göstəriş verib.

Paylaş: