Xəyyam: "Həyatımın ən böyük varlığı..."
Tarix: 24-12-2019, 16:59



Bu gün müğənni Xəyyam Nisanov üçün özəl gündür. UlduzumSan.Az-ın məlumatına görə, sənətçi anasının ad günüdür. Bu haqda ifaçının özü xəbər verib. Belə ki, Xəyyam anası ilə birgə fotosunu sosial media hesabında yayımlayaraq, bu sözləri yazıb: "Həyatımın ən böyük varlığı... Mənə nəfəs verən, boya-başa çatdıran, övladları üçün bütün çətinliklərdən keçən anam, ad günün mübarək. Hər zaman yanımızda ol.
Həyatdakı ən dəyərli varlığım anamdır. Onun sayəsində özüm və ailə üzvlərimin istədiyi yerdəyəm. Xoşbəxtəm ki, anamın etibarını qazandım. Sən övladları üçün çox əziyyətlərə qatlanmısan. Bunun qarşılığını heç vaxt ödəyə bilmərik. Bütün çətinliklər geridə qaldı. Qarşıda bizi ancaq gözəl günlər gözləyir".



Paylaş: