"Məni səsimin olmamasında günahlandırırlar"
Tarix: 24-12-2019, 12:35




Əməkdar artist Elnarə Abdullayeva verilişlərin birində qonaq olub. UlduzumSan.Az-ın məlumatına görə, o, "Xalq artisti" adına layiq görülən ifaçılardan söz açıb: "Bildiyiniz kimi, Prezident İlham Əliyev tərəfindən Röya Ayxan, Tünzalə Ağayeva, Miri Yusif "Xalq artisti" fəxri adına layiq görüldülər. Mən bu üç sənətçini dəfələrlə təbrik etdim. Amma paxıllıq etmədim ki, niyə mən də həmin fəxri ada layiq görülmədim. Bu Allahın işidir. Qismətimizdə nə varsa, onu da yaşayacağıq".
Xanəndə onu səsi olmamaqda günahlandırılan həmkarlarına da cavab verib: "Bəzi sənət dostlarım Mədəniyyət Nazirliyində deyiblər ki, səsim yoxdur. Bu sözləri də mənə çatdırırdılar. Mən də özümü təsdiq etmək üçün üç gün Heydər Əliyev Sarayında konsert verdim. Həmin müğənnilərə sübut etdim ki, səsimə və özümə güvənirəm. Üç gün konsert vermək hər sənətçinin işi deyil".

Paylaş: