Rusiya Prezidenti Xalq artistini "Dostluq" Ordeni ilə təltif edib
Tarix: 24-12-2019, 10:39



Rusiya Federasiyasının Prezidenti Vladimir Putin, Rusiyanın Xalq artisti, görkəmli teatr və kino aktyoru Aleksandr Domoqarovu "Dostluq" Ordeni ilə təltif edib.
Open.az xəbər verir ki, V.Putin görkəmli aktyoru "Milli mədəniyyət və incəsənətə verdiyi böyük töhfələrə görə" mükafatlandırıb.
Qeyd edək ki, 56 yaşlı Aleksandr Domoqarov 1984-cü ildən teatrda çalışmağa başlayıb.
Aktyora böyük uğur və şöhrəti isə 1997-ci ildə "Qrafinya de Monsoro" tarixi serialında ifa etdiyi Qraf de Büssi obrazı gətirib.



Rusiya Prezidenti Xalq artistini Dostluq

Paylaş: