""Aybəniz, sənin yanındayıq" deyirlər"
Tarix: 24-12-2019, 10:30




Xəbər verdiyimiz kimi, bir neçə gün bundan əvvəl Əməkdar artist Aybəniz Haşımovanın qızı Aynişan Quliyevanın nişan mərasimi olub. 
 
Primetime.az xəbər verir ki, sənətçi ilk dəfə olaraq kürəkəni Kənan Əliyevin fotosunu sosial şəbəkədə paylaşıb və övladına xeyir-dua verib:
 
"Allah, hamının balasıni xoşbəxt eləsin. Amma, evlilik məsələsi yaman həyacanlı məsələ imiş... Özü də, söhbət övladdan gedirsə. O, gündən yuxum qaçıb, xəbəriniz var?! Allah başınıza gətirsin. Allah, heç kimin övladını atdığı addımdan peşman eləməsin. Biz də içində. O gündən telefonum susmur. Bütün dostlarım sevinir. Zəng vurub, "Aybəniz, sənin yanındayıq deyirlər". Nə qədər gözəldir ,dostların sənin üçün bu qədər sevinməsi, bu qədər narahat olması ".
 
Nişan mərasimində lentə alınan fotoda A.Haşımovanın bacısı Şahnaz Haşımova da yer alıb.
 

 

 

Paylaş: