Atakan atasını məhkəməyə verdi - "Məni təhdid etdi"
Tarix: 24-12-2019, 10:00



“Survivor” yarışmasının qalibi, kikboksçu Avatar Atakan atasını məhkəməyə verib.
Open.az xəbər verir ki, kikboksçu atasını onu təhdid etdiyi üçün prokurorluğa şikayət edib.

“İki sayfa” verilişinə açıqlama verən Atakan atasını bağışlamayacağını bildirib:

“Onu həyatım boyunca bağışlamayacağam. Bu haqda ətraflı danışmaq istəmirəm. Bütün deyilməli sözləri şikayətimdə yazmışam.

Ümumiyyətlə, bir atanın övladı üçün etməməli olduğu şeylər yaşandı. Maddiyatla bağlı səsləndirilən fikirlər doğru deyil. Amma təhdid edilməyim doğrudur. Elə şeylər var ki, onları bağışlamaq mümkün deyil. Ona görə də prokurorluğa müraciət etmək məcburiyyətində qaldım”.

Qeyd edək ki, Avatar Atakan 2016-ci ildə “Survivor” yarışmasının qalibi olub.

Paylaş: