Mətanət İsgəndərli bu dəfə onu özünə duet ortağı seçdi
Tarix: 19-12-2019, 16:15






Əməkdar artist Mətanət İsgəndərli ilə aşıq ifaçısı Fəzail Miskinli bir araya gəlib. UlduzumSan.Az-ın məlumatına görə, bu haqda İsgəndərlinin özü məlumat verib: "Yeni il çəkilişləri üçün Fəzaillə duet oxumuşuq. Bəstə aşıq mahnısıdır. Mən bu mahnını oxumaq istəyirdim. Elə Fəzaillə də fikirlərimiz üst-üstə düşdü və bu dueti ərsəyə gətirdik. Hələ ki, bəstə aranjeman olunur.
Onu deyim ki, mən elə bilirdim ki, Fəzail aşıq olmaqla yanaşı həm də ifaçıdır. Amma siz demə özü yox, sazı oxuyurmuş. Xüsusi ilə qeyd edim ki, F.Miskinlinin çox gözəl səsi var".
Qeyd edək ki, duet ortaqları mahnını 31 dekabr Yeni il günü təqdim edəcəklər.

Paylaş: