Zeynəb Xanlarovanın səhhəti haqda ailəsindən açıqlama
Tarix: 19-12-2019, 15:56



Xalq artisti, millət vəkili Zeynəb Xanlarovanın səhhətində problem yarandəğı haqda məlumat yayılıb. 
Məlumatda qeyd edilir ki, Zeynəb Xanlarova ABŞ-a köçməsi, bu ölkədə fond yaratması, çrikli pulların yuyulmasında adının hallandırılması barədə xəbərlərdən sarsılıb. Bu isə onun səhhətinə mənfi təsir göstərib. Hazırda Bakıda olan xalq artistinin sağlıq durumunun o qədər də yaxşı olmadığı bildirilir. Onun həkim nəzarətində olduğu qeyd edilir.
Məsələ ilə bağlı Z.Xanlarovanın  qardaşı qızı Əməkdar artist Mehriban Xanlarova ilə əlaqə saxladıq. Aktrisa özü çəkilişdə olsa da, qızı Səidə Xanlarova “Yeni sabah”a açıqlamasında Zeynəb Xanlarovanın səhhətində heç bir problem olmadığını, yayılan xəbərlərin şayiə olduğunu bildirib:
“Zeynəb xanımın səhhəti hal-hazırda yerindədir. Hər şey qaydasındadır və səhhəti ilə bağlı heç bir problem yoxdur. Elə bir məlumat yayılıbsa da, bu şayiədir.  Biz düşünürük ki, bu xəbəri yayanların səhhətində problemlər var.  Zeynəb Xanlarovanın səhhəti yaxşıdır.  Özünü  də çox yaxşı hiss edir. Bu məlumat, hardan yayılıb anlamırıq. Narahat olmayın, hər şey yaxşıdır, Zeynəb xanım bizim başımızın tacıdır, fəxrimizdir. O bizim sənətkarımızdır. Səhhəti də yaxşıdır”.

Paylaş: