Adriana Limadan gözlənilməz – AÇIQLAMA
Tarix: 28-09-2017, 15:46


Türk yazıçı Metin Hara ilə münasibətindən sonra gündəmdən düşməyən məşhur braziliyalı Adriana Lima kariyerasıyla bağlı açıqlama verib. Dünya ulduzu hələ də podiumların axtarılan adı olmağa davam edir. İlk dəfə 1999-cu ildə Victoria Secretin modeli kimi podiuma çıxan 36 yaşlı model sonrakı illərdə də zaman-zaman möhtəşəm şoualarda boy göstərib. Adriana Lima bədəninin icazə verdiyi müddətdə podiumda qalmağı planlaşdırdığını vurğulayıb. Yaxın gələcəkdə podiumları tərk etməyəcəyini bildirən məşhur model bu ilin "Ən Dəyərli Mələyi" adlandırılıb.


Paylaş: