Eşq qalmaqalı ilə gündəmə gələn meyxanaçı Məşhəd ziyarətində
Tarix: 18-12-2019, 17:12




Bir neçə ay öncə azərbaycanlı model Aysu Bədəlzadə ilə eşq yaşadığının üzə çıxan meyxanaçı Orxan Lökbatanlı ziyarətə gedib.

“Yeni Sabah” xəbər verir ki, tanınmış meyxanaçı həmkarı Rəşad Dağlı ilə İranın Xorasan vilayətində yerləşən müqəddəs Məşhəd şəhərinə gediblər. Bu barədə onlar sosial şəbəkəyə fotolar yerləşdiriliblər. 
Rəşad Dağlı və Orxan Lökbatanlı Məşhəd ziyarətinə ölkənin tanınmış ilahiyyatçısı Şahin Həsənli ilə birgə yollanıblar.



Paylaş: