Türkiyənin tanınmış rejissoru vəfat etdi
Tarix: 18-12-2019, 15:17




Tanınmış türk rejissoru Tunç Başaran vəfat edib.
Open.az xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən 81 yaşlı tanınmış rejissor bu dəqiqələrdə dünyasını dəyişib.
12 ildir anası ilə birlikdə yaşayan və təkbaşına xərçəng xəstəliyi ilə mübarizə aparan rejissor "Uçurtmayı Vurmasınlar" və "Piano Piano Bacaksız" adlı məşhur filmləri ilə türk xalqının yaddaşında iz qoyub.
Qeyd edək ki, "Uçurtmayı Vurmasınlar" filmi zamanında Oskar mükafatına namizəd olub. Görkəmli rejissorun ekranlaşdırdığı son film "Abuzer Kadayıf" adlı ekran əsəridir.
Xatırladaq ki, Tunç Başaran 1938-ci il oktyabrın 1-də İstanbulda dünyaya gəlib.
Türkiyənin görkəmli kinorejissorları Memduh Ün, Atif Yılmaz, Halit Refiğ kimi sənətkarlarla çalışan və onların filmlərində ikinci rejissor olan Tunç Başaran ilk müstəqil filmini 1964-də ekranlaşdırıb.
1989-cu ildə çəkdiyi "Uçurtmayı Vurmasınlar" filmi 8-ci Beynəlxalq İstanbul Film Festivalında "İlin Ən Yaxşı Türk Filmi" nominasiyasında qalib olub. Həmçinin film "Ən Yaxşı Xarici Film" nominasiyasında Oskara namizəd olub.
Allah rəhmət eləsin!



Türkiyənin tanınmış rejissoru vəfat etdi
Türkiyənin tanınmış rejissoru vəfat etdi
Türkiyənin tanınmış rejissoru vəfat etdi


Paylaş: